Dünyalı- Hellokishi

Yəqin ki, hamımızın tanımadan sevdiyi, bəyəndiyi insanlar olur. Məndə elə bir neçəsi var və onlardan biri də Şəbnəmdir. Hello Kişi vaxtlarından bəyənərək oxuyurdum və bir neçə dəfə özünə yazdım. Hər dəfəsində mənə səmimiyyətlə cavab verirdi. Beləliklə, bir birimizi tanımasaq belə virtual tanış olduq. Daha sonra xaricdə olan təcrübələrini mənimlə bölüşməyini istədim. Çox sağ olsun, o […]

Motivasiya məktubu üçün nümunələr!

Facebookda sevdiyim qruplardan Çörək almaq adı ilə çıxanlar-dan biri bizimlə faydalı məlumatlar paylaşıb. Motivasiya məktubunu necə yazmalı? Bu haqqda başqa yazımda da danışmışam. Bu isə nümunələrdir. Əminəm ki, komputer elmləri sahəsində oxumaq istəyən dostlarımıza çox faydalı olacaq. Tövsiyyəm budur ki, öz fikirlərinizdən ibarət motivasiya məktubu hazırlayasınız. Ona görə də copy+paste yox, bildiklərimizi yazmağa çalışırıq 🙂 […]

Profesionaldan incilər- IELTS-Ə ÖZÜN HAZIRLAŞ!

Ətrafımda o qədər maraqlı insanlar var ki, hərədən bir şey öyrənirəm. Bu dəfə də Şərqiyyənin yazdığı IELTS haqqında olan məlumat dolu postla sizlərə faydalı olacağımıza ümid edirik. Xoş oxumalar və uğurlar! İnglis dili öyrənən və xaricdə təhsili qarşısına məqsəd qoymuş hər bir şəxs mütləq ki, IELTS-lə tanışdır. Günümüzdə IELTS-ə hazırlaşmaq üçün saysız-hesabsız kurslar mövcuddur, lakin bəzən müəyyən […]

Dünyadan Dünyalı- qarışıq təcrübə!

Elə düşünürəm ki, Günel adında pis adam yoxdur. Öz adımdır deyə demirəm, amma bu vaxta qədər rastlaşdığım bütün adaşlarım çox yaxşı insanlar olublar. Onlardan biri də bizim Güneldir. Çox yardımsevər biridir. Onunla danışanda insan özünü hüzurda hiss edir və çox da bacarıqlıdır. Artıq ikinci fərqli mövzularda söhbətimizdir Günellə və mən əminəm ki, hər iki mövzu […]

Yaradıcılıqda dinamika

Bu dəfə özümün də çox maraqlandığı və öyrənməyə çalışdığı sahə haqqında işini çox bəyəndiyim birinin məlumatlarla dolu yazısını sizlərlə paylaşıram. Təbriz işində ən yaxşı olmaqla yanaşı, həm də çox sevərək görür sifarişlərini. Belə bir təcrübəmiz olub onunla və tanışlığıma məmnun olduğum gənclərdəndir. İndi isə gəlin bir az da qrafik mrafikdən danışaq 🙂 MOTION GRAPHICS DESIGN […]

40 illik xətir!

Yaşadıqlarımız bizi çox dəyişdirir ya zaman? Düşünürəm və cavabını hələ də anlamıram. Bunu niyə düşünürəm görəsən? Hamısı bir fincan türk qəhvəsi ilə başladı. Əslində, romantik yazılarımla blogumu doldurmaq istəmirdim. Ancaq, belə soyuq havada qəlbimizi isidən bu yazıya hamımızın ehtiyacı var deyə düşünürəm. Kiçik yaşlarımızdan biz həyatı anlamağa çalışırıq. Düşünürəm ki, balacalıqda o qədər çox sual […]

Yeni il, yeni ölkə- Milad Wonderlustu

Çox şadam ki, ətrafımda bu qədər çox səyahəti sevən insanlar var. Əsasən də xanımların çoxluğu adamı lap sevindirir! Könül də həmin səyahətçilərdən biridir və bizimlə çox faydalı məlumatlarla bərabər şəxsi səyahət təcrübəsini də paylaşıb. Ümid edirəm, siz də mənim qədər həvəslə oxuyacaqsınız! İlk tək səyahətin hara olub? Səyahətə həmişə marağım olub.Yeni yerlər görməyin verdiyi həyəcanı […]