Ay kən spik inglş

Dil açıb danışmağa başlayandan bizə yeni sözlər öyrətməyə çalışırlar. Daha sonra da yeni bir dil öyrənmək lazım olduğunu düşünür valideynlərimiz. Əslində belə bir deyim var: Nə qədər çox dil bilsən, o qədər fərqli həyat yaşayarsan. Ona görə də yaxşı ki, öyrənirik.

Bəs necə öyrənək?
Çox sadə! İngilis dili hal hazırda tələb olunan dildir və mən də bu dili tədris edən biri kimi sizə öz ipuclarımı verməyə hazıram.

Bildiyim ən effektiv yolları sizinlə paylaşıram.

– İlk öncə bildirmək istərdim ki, bir az müəllim köməyinə ehtiyacınız ola bilər. Çünki qrammatikanı az da olsa öyrənməliyik və bilən biri çox köməyinizə yetəcək.

– Hər gün yeni söz öyrənməyiniz mütləqdir. Bu sözlərdən başlaya bilərsiz 🙂 Fel öyrənmək danışıq zamanı çox kömək olur.

– Başlanğıc (beginner) səviyyə üçün olan hekayələr oxuya bilərsiz. Daha sonra bu hekayələri öyrənib, danışın. Bu sizə danışıqda çox kömək olacaqdır. Hansı hekayələri oxuyum? – deyə düşünürsüzsə, bu hekayələrlə tanış olun.

– Hər gün dinləmə etməyiniz mütləqdir. Bu link sizin üçün çox faydalı ola bilər. Dinləmə etdikdən sonra, çalışmaları etməyiniz dinləməni daha yaxşı anlamağınıza kömək olacaqdır.

– Dili hər gün istifadə etmək lazımdır. Bu səbəbdən də Conversation clublara üzv ola bilərsiz. Çalışın dərsi həvəslə aparan biri ilə məşğul olun. O zaman qrammatikanızda olan əksiklikləri də asanlıqla düzəldə bilərsiz.

– Bəs bu işin əyləncəsi? Filmlərə ingiliscə baxın. Disney filmləri və cizgi filmləri asan anlaşılır. Bəs ingiliscə filmlərə pulsuz hardan baxım?- sualını eşidirəm sanki 🙂
Buradan izləyə bilərsiz.

Dil öyrənmək səbr tələb edən məsələdir. Ona görə də hər gün və səbrlə öyrənin! Ümumiyyətlə etdiyimiz hər bir işi davamlı etməliyik. Həvəsdən düşmək olmaz! Həvəsdən düşməmək üçün özünüzə mükafatlar təyin edin. Bunlar çox böyük şeylər olmasa da olar. Gözünüzün önünə səlis ingilis dilində necə danışdığınızı gətirin. İngilis dili biləndən sonra çox məlumatı internet üzərindən tapmaq olur.

Mən sadəcə ingilis dili bildiyim üçün bilirsiz nə qədər uğurlar qazanmışam? Bunlar haqqında da sizinlə danışacam, sizləri mütəmadi olaraq motivasiya edəcəm 🙂

Good luck!

One thought on “Ay kən spik inglş

Leave a comment